Əsas məzmuna keç

Azərbaycan XİN İrana başsağlığı verdi

Azərbaycan XİN İrana başsağlığı verdi

bu burədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında qeyd olunub. “İran İslam Respublikasının Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai limanında baş...

Azərbaycanın Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu burədə xarici siyasət idarəsinin hesabında qeyd olunub.

“İran İslam Respublikasının Bəndər-Abbas şəhərindəki Rəcai limanında baş vermiş dağıdıcı partlayış bizi dərindən kədərləndirib.

Həlak olanların ailələrinə və yaxınlarına, İran xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasına səmimi-qəlbdən ümid edirik”, – paylaşımda vurğulanıb.

Xatırladaq ki, İranın cənubundakı Bəndər-Abbas şəhərinin Şəhid Rəcai dəniz limanında baş vermiş partlayışda 20-yə yaxın insan ölüb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…