Əsas məzmuna keç

İranın XİN başçısı Azərbaycanı Milli Gün münasibətilə təbrik edib

İranın XİN başçısı Azərbaycanı Milli Gün münasibətilə təbrik edib

İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Araqçı Azərbaycanın dövlət bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

en ru

İran İslam Respublikasının naziri Araqçı Azərbaycanın Milli Günü münasibətilə rəsmi təbrik ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Mehr” agentliyinə istinadən xəbər verir ki, nazir öz mesajında bildirib ki, İran və arasında mövcud olan dostluq münasibətləri hər iki ölkəni birləşdirən dərin tarixi, dini və mədəni dəyərlərə, habelə qarşılıqlı hörmət prinsipinə söykənir.

Araqçı qeyd edib ki, hər iki dövlətin rəhbərliyi xalqların arzularının reallaşması istiqamətində ardıcıl səylər göstərir və bunun nəticəsi olaraq, ikitərəfli əlaqələr gündən-günə daha da möhkəmlənir.

İranlı nazir bu dinamik inkişaf prosesinin həm regional, həm də beynəlxalq səviyyədə müxtəlif sahələri və ortaq maraqları əhatə etməsindən məmnunluğunu ifadə edib.

Sonda Seyid Abbas Araqçı Azərbaycan hökumətinə və xalqına xoşbəxtlik, rifah və tərəqqi arzularını çatdırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…