Əsas məzmuna keç

İlham Əliyev Müctəba Xameneyiyə təbrik məktubu ünvanladı

İlham Əliyev Müctəba Xameneyiyə təbrik məktubu ünvanladı

Azərbaycan lideri İranın yeni Ali Rəhbərinə təbrik məktubu ünvanladı. Seyid Əli Xameneyinin vəfatından sonra Bakı-Tehran əlaqələri üçün hansı mesajlar verildi?

en ru

Respublikasının Prezidenti İlham İran İslam Respublikasının Ali Rəhbəri Müctəba Hüseyni Xameneyiyə ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, mətndə deyilir:

"Möhtərəm Ayətullah Xameneyi həzrətləri.

İran İslam Respublikasının Ali Rəhbəri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Atanız - İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi həzrətlərinin faciəvi vəfatı ilə əlaqədar Sizə bir daha başsağlığımı ifadə edirəm.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər tarixən mehriban qonşuluq və dostluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Dövlətlərarası əlaqələrimizin xalqlarımızın mənafelərinə uyğun olaraq qarşılıqlı hörmət və etimad məcrasında inkişafı naminə birgə səylər göstərəcəyimizə ümidvar olduğumu bildirirəm.

Bu yüksək təyinatla bağlı Sizə bir daha təbriklərimi çatdırır, dost və qardaş İran xalqına sülh və əmin-amanlıq diləyirəm".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…