Əsas məzmuna keç

İran Prezidenti Məsud Pezeşkian İlham Əliyevə təbrik məktubu ünvanlayıb

İran Prezidenti Məsud Pezeşkian İlham Əliyevə təbrik məktubu ünvanlayıb

İran dövlət başçısı Azərbaycanın Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə və xalqımıza təbriklərini çatdırıb.

en ru

İran İslam Respublikasının Prezidenti Məsud Respublikasının Prezidenti İlham Əliyevə göndərib. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, məktubda deyilir:

"Zati-aliləri, Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı səmimi-qəlbdən təbrik edirəm".

Məktubda qeyd olunur ki, İran və Azərbaycan xalqlarını çoxsaylı tarixi, sivil, mədəni, dini və dil ortaqlıqları birləşdirir. Bu bağların ölkələr arasındakı dostluğu daha da möhkəmləndirdiyi və sarsılmaz etdiyi vurğulanıb. Həmçinin, Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrdən etibarən İranın ikitərəfli əlaqələrin inkişafına hər zaman dəstək verdiyi xatırladılıb.

Məsud Pezeşkian iki ölkə arasındakı münasibətlərdə müşahidə olunan dinamik prosesdən məmnunluğunu ifadə edərək, bu əməkdaşlığın ikitərəfli, regional və beynəlxalq müstəvidə daha da sürətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. Sonda İran Prezidenti Azərbaycan xalqına rifah və əmin-amanlıq, dövlət başçısına isə cansağlığı və uğurlar arzulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…