Əsas məzmuna keç

Azərbaycan və Litva XİN başçıları arasında telefon danışığı olub

Azərbaycan və Litva XİN başçıları arasında telefon danışığı olub

Bu gün Litva Respublikasının yeni xarici işlər naziri Kestutis Budris Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub. Xarici...

Bu gün Litva Respublikasının yeni naziri Kestutis Budris Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Xarici İşlər Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Kestutis Budris “Azərbaycan Hava Yollarına” məxsus sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən Aktau şəhəri yaxınlığında faciəvi şəkildə qəzaya uğraması ilə bağlı başsağlığı diləklərini çatdırıb, qəza nəticəsində vəfat edənlərə rəhmət, yaralılara şəfa arzulayıb. Kestutis Budris ilk telefon zənginin belə kədərli gün ilə bağlı aparılmasından təəssüfləndiyini, Litva tərəfinin yaralıların reabilitasiyası və faciənin səbəblərinin araşdırılması istiqamətində mümkün dəstəyin göstərilməsinə daim hazır olduğunu diqqətə çatdırıb.

başsağlığı diləkləri və göstərilən həmrəyliyə görə təşəkkür edib, təyyarə qəzasının səbəblərinin araşdırılmasının birbaşa ölkə rəhbərliyinin nəzarətində olduğunu və bu istiqamətdə dövlət komissiyasının yaradıldığını bildirərək, görülən işlər barədə məlumat verib.

Nazirlər zamanı həmçinin regional və beynəlxalq , habelə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Gələn il diplomatik münasibətlərin yaradılmasının 30 illik yubileyi ilə əlaqədar, əməkdaşlıq əlaqələrinin intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…