Əsas məzmuna keç

Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu azaldıb

Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu azaldıb

bu barədə qurumun açıqlamasında bildirilir. Məlumata görə, ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır: “Mövcud...

Mərkəzi Bankı (AMB) 2024-cü ilə inflyasiya proqnozunu (aprel proqnozu: 2024-cü ilə 3,5 % və 2025-ci ilə 4,2 %) azaldıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumata görə, ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır: “Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü və 2025-ci illərdə inflyasiyanın hədəf daxilində (4±2 %) qalacağı gözlənilir. Apreldə 2024-cü ilə inflyasiya proqnozu azalma istiqamətində dəyişdirilib", - AMB bəyan edib.

“Ötən iclasdan bəri illik inflyasiya tempi azalmaqda davam edib. Bu ilin martında 12 aylıq inflyasiya 0,4 %, 12 aylıq baza inflyasiya isə 1 % təşkil edib. İllik deflyasiyası 1,1 %, qeyri-ərzaq inflyasiyası 1,1 %, xidmətlər inflyasiyası isə 2,2 % olub", - deyə açıqlamada qeyd olunub.

AMB hesab edir ki, aşağı inflyasiya mühiti inflyasiya gözləntilərinin azalmasını dəstəkləyir: "Aparılan sorğuların nəticələrinə görə I rübdə inflyasiyanın yüksələcəyini gözləyən ev təsərrüfatlarının payı bundan öncəki rüblə müqayisədə 1 faiz bəndi azalıb.

İnflyasiyanın xarici fonu əlverişli olaraq qalır. Qlobal inflyasiya dünya qiymətlərinin aşağı düşməsi nəticəsində yavaşlayıb. Dünya Bankının məlumatına əsasən əmtəə qiymətləri indeksi 2024-cü ilin martında əvvəlki ayla müqayisədə artsa da illik əsasda 0,3 %, o cümlədən qeyri-enerji qiymətləri üzrə 2,4 % enib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə isə ərzaq qiymətləri indeksi martda illik əsasda 7.7 % azalıb. Manatın nominal effektiv məzənnəsinin (2023-cü ildə 19,3 % və 2024-cü ilin I rübündə 2,7 %) bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…