Əsas məzmuna keç

AMB: İllik inflyasiya hədəf diapazonunda qaldı

AMB: İllik inflyasiya hədəf diapazonunda qaldı

Avropa Mərkəzi Bankı qiymət sabitliyi ilə bağlı son göstəriciləri açıqladı. İqtisadi artım və faiz dərəcələri ilə bağlı proqnozlar necə dəyişəcək?

en ru

Azərbaycanda illik inflyasiya hədəf daxilindədir və baza ssenari üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

"Cari və növbəti ildə illik inflyasiyanın hədəf daxilində qalacağı proqnozu dəyişməz qalır. Bununla belə, inflyasiyanın xarici mənşəli xərc amillərində aktivləşmə müşahidə edilir.

Ötən iclasdan bəri qlobal iqtisadi mühitdə baş verən dəyişikliklər xarici inflyasiya risklərinin yüksəlmə ehtimalını artırır. Sürətlə dəyişən qlobal mühitdə dünya ərzaq və gübrə qiymətlərinin artması, nəqliyyat-logistika xərclərinin yüksəlməsi, ticarət tərəfdaşı olan ölkələrdən inflyasiya idxalının genişlənməsi və nominal effektiv məzənnənin möhkəmlənmə tempinin yavaşlaması inflyasiyanın xarici risk amillərini artıra bilər. Bu amillərin dayanıqlı olub-olmaması ilə bağlı dərin təhlillər aparılır. Daxili mühitdə isə mövcud fiskal və pul siyasəti fonunda məcmu tələbin izafi genişlənməsi ehtimalı yüksək deyil", - deyə AMB bəyan edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…