Əsas məzmuna keç

DİN "Formula 1" ilə bağlı gücləndirilmiş iş rejiminə keçdi

DİN "Formula 1" ilə bağlı gücləndirilmiş iş rejiminə keçdi

Bakı şəhərində keçiriləcək yarışlar ərəfəsində polis əməkdaşları təhlükəsizliyi təmin etmək üçün xüsusi nəzarət tədbirlərini və hərəkət qaydalarını açıqlayıb.

en ru

Daxili İşlər Nazirliyi (DİN) "Formula 1" üzrə Qran-prisi ilə əlaqədar iş rejiminə keçib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə DİN-dən məlumat verilib.

Bildirilib ki, 2026-cı il sentyabrın 23-dən 26-dək şəhərində keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar məhdudiyyət tətbiq olunduğu müddət ərzində paytaxt ərazisində sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmalarını, nəqliyyatın hərəkətinin fasiləsizliyini, eləcə də yarışın keçirildiyi ərazidə, "Fan" zonalarda təhlükəsizliyi təmin etmək məqsədilə əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.

"Sürücülərdən və paytaxt sakinlərindən qeyd edilən müddət ərzində ictimai nəqliyyata üstünlük vermələri, polis əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələri, səyahətlərini məhdudiyyət tətbiq edilmiş küçə və prospektlərə alternativ yollardan keçməklə planlaşdırmaları tövsiyə olunur", - məlumatda qeyd olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…