BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində yüksək səviyyəli ümumi debatlar üçüncü günündə Nyu-Yorkda davam edir.
Dünya liderləri BMT-nin Nyu-Yorkdakı qərargahında çıxış edir və diplomatik görüşlər keçirirlər. Müzakirələrin əsas mövzuları arasında etimadın bərpası, qlobal transformasiyanın idarə olunması, sülh və təhlükəsizlik, eləcə də beynəlxalq əməkdaşlığın gələcəyi yer alır.
Gündəmdə Yaxın Şərq və Ukrayna müharibəsi
Yaxın Şərqdəki vəziyyət və Rusiya-Ukrayna müharibəsi debatların əsas istiqamətlərindəndir. Qlobal təhlükəsizlik, humanitar böhranlar və beynəlxalq əməkdaşlığın gələcəyi də müzakirələrin diqqət mərkəzindədir.
Abbas onlayn, Netanyahu əyani çıxış edəcək
Fələstin Prezidenti Mahmud Abbasın cümə axşamı Baş Assambleyada videokonfrans formatında çıxış edəcəyi gözlənilir. İsrailin Baş naziri Benyamin Netanyahu isə səhər iclasında əyani şəkildə çıxış edəcək.