Əsas məzmuna keç

Xəzərdə itkin düşən 2 tələbədən günlərdir xəbər yoxdur - VİDEO

Xəzərdə itkin düşən 2 tələbədən günlərdir xəbər yoxdur - VİDEO

hadisədən bir neçə gün keçməsinə baxmayaraq, Milli Aviasiya Akademiyasının 2-ci kurs tələbələri olan Elmin Əmirəliyev və Əlipaşa Əlizadədən hələ də xəbər...

en ru

Xəzər dənizində itkin düşən iki gəncin axtarışları davam etdirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisədən bir neçə gün keçməsinə , Milli Aviasiya Akademiyasının 2-ci kurs tələbələri olan Elmin və Əlipaşa Əlizadədən hələ də xəbər yoxdur.

Gənclərin yaxınları hadisənin baş verdiyi gündən sahildə gözləyir. və dənizdə yaranan güclü dalğalara baxmayaraq, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri axtarışları davam etdirirlər.

Gənclərin sonuncu dəfə məhz bu ərazidən dənizə daxil olduğu bildirilir. Hazırda onların sahildə qalan şəxsi əşyaları və ayaqqabıları yaxınları üçün yeganə izlərdəndir.

İtkin düşən Əlipaşa Əlizadənin bildirib ki, hadisə günü səhər saatlarında oğlu ilə telefonla danışıb. Əlipaşa atasına çörək yeyəcəyini deyib. Günün ikinci yarısında onunla yenidən saxlamaq istəyən ata isə oğlunun telefonuna cavab ala bilməyib.

“Üç gündür hadisəni günorta saat 4-5 radələrində eşitmişik. Hamımız gecə-gündüz buradayıq, axtarırıq. Heç bir xəbər də yoxdur”, – deyə itkin düşən gəncin atası bildirib.

Valideynlər xilasedicilərdən övladlarının tapılması üçün kömək istəyirlər.

“Mən bir ata kimi kömək istəyirəm. Bilirəm, hava əlverişsizdir. Xahiş edirəm, mənə köməklik edin. İki sutkadır mənim balam ordadır. Onu çıxartmaq lazımdır”, – ata deyib.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu axtarışlara cəlb olunub.

Dənizdə küləyin güclənməsi və dalğaların hündürlüyünün artması xüsusi avadanlıqla suya daxil olmağı çətinləşdirir. Buna baxmayaraq, axtarış-xilasetmə tədbirləri sahilboyu davam etdirilir.

Aidiyyəti qurumdan bildirilib ki, nəticə əldə olunana qədər axtarışların davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, itkin düşən Elmin Əmirəliyev və Əlipaşa Əlizadə Milli Aviasiya Akademiyasının 2-ci kurs tələbələridir.

Daha ətraflı “İTV”-nin süjetində:

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…