Operativ Məlumat Mərkəzi

Almaniyadan Azərbaycana ekstradisiya həyata keçirilib

1 dəq
Paylaş:
Almaniyadan Azərbaycana ekstradisiya həyata keçirilib

“Ekstradisiya haqqında” 1957-ci il 13 dekabr tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq vətəndaşı Samik Arif oğlu Babayevin ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Almaniya Federativ Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Baş Prokurorluğun xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Samik Babayevin qəsdən adamöldürmə cinayət əməli törədilməsində iştirakçı qismində çıxış etməsinə əsaslı müəyyən edildiyindən barəsində şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə axtarışa elan edilib.

Təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən zəruri tədbirlər görülür.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax