Operativ Məlumat Mərkəzi

Almaniyada onlarla fəal “Bild” qəzetinin mətbəəsini bloklayıb

2 dəq
Paylaş:
Almaniyada onlarla fəal “Bild” qəzetinin mətbəəsini bloklayıb

Şənbə gecəsi 120-yə yaxın nümayişçi 40 avtomobildə Hamburq yaxınlığındakı Arensburq şəhərində “Bild” və “Welt am Sonntag” qəzetlərinin çap olunduğu mətbəəni bağlayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" xarici mətbuata istinadən xəbər verir.

Nümayişçilər Almaniya hökumətinin təsərrüfatı ilə bağlı siyasətinə və bu mövzunun mediada işıqlandırılmasına qarşı çıxıblar.

Nəticədə qəzetlərin yayımı xeyli yubanıb. "Azad və müstəqil mətbuata çıxış demokratiyanın dəyərli sərvətidir. Biz hakimiyyəti qanunun aliliyinin bütün imkanlarından istifadə etməyə və aydın mesaj göndəririk: azlığın fundamental demokratik hüquqlara bu cür müdaxiləsinə yol verilməyəcək", - “Bild”in daxil olduğu media konserninin nümayəndəsi Aksel Springer deyib.

Xatırladaq ki, artıq bir neçə həftədir, Almaniyada federal hökumətin qənaət planlarına, xüsusən kənd təsərrüfatında dizeldən istifadənin planlaşdırılan azaldılmasına edirlər. Fevralın 5-də fermerlər və orta biznes nümayəndələri güzəştlərin ləğvi ilə razılaşmamaq olaraq Hannoverdə NDR teleradio şirkətinin binası qarşısında növbəti etiraz aksiyası keçiriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax