Operativ Məlumat Mərkəzi

"Airbnb" 64,05 milyon avro məbləğində cərimələndi

1 dəq
Paylaş:
"Airbnb" 64,05 milyon avro məbləğində cərimələndi

İspaniyanın İstehlak Nazirliyi kirayə platforması ""ni 64,05 milyon avro məbləğində cərimələyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, "Airbnb"nin İspaniyada lisenziyasız turistik yerlərinin reklam və satışını platforması vasitəsilə həyata keçirməsi əsas götürülərək verilən 64,05 milyon avroluq cərimə qərarı qəti qüvvəyə minib.

Nazirlik həmçinin platformaya edilmiş pozuntuları aradan qaldırmaq, qanunsuz məzmunu silmək və olunan cəriməni ictimaiyyətə açıqlamaq öhdəliyini nəzərdə tutan əlavə sanksiyaların da verildiyini bildirib.

"Airbnb"də aparılan yoxlamalar zamanı 65 min 122 elanda lisenziyanın olmadığı müəyyən edilib.

Nazirliyin xəbərdarlıq yayımladığı andan elanların platforma tərəfindən silinməsinə qədər olan müddətdə əldə edilən qanunsuz gəlirin 6 qatına bərabər məbləğdə cərimə tətbiq olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax