Əsas məzmuna keç

"Airbnb" 64,05 milyon avro məbləğində cərimələndi

"Airbnb" 64,05 milyon avro məbləğində cərimələndi

bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, "Airbnb"nin İspaniyada lisenziyasız turistik yaşayış yerlərinin reklam və satışını platforması...

İspaniyanın İstehlak Nazirliyi kirayə platforması "Airbnb"ni 64,05 milyon məbləğində cərimələyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, "Airbnb"nin İspaniyada lisenziyasız turistik yaşayış yerlərinin reklam və satışını platforması vasitəsilə həyata keçirməsi əsas götürülərək verilən 64,05 milyon avroluq cərimə qərarı qəti qüvvəyə minib.

Nazirlik həmçinin platformaya müəyyən edilmiş pozuntuları aradan qaldırmaq, qanunsuz məzmunu silmək və tətbiq olunan cəriməni ictimaiyyətə açıqlamaq öhdəliyini nəzərdə tutan əlavə sanksiyaların da verildiyini bildirib.

"Airbnb"də aparılan yoxlamalar zamanı 65 min 122 elanda lisenziyanın olmadığı müəyyən edilib.

Nazirliyin xəbərdarlıq yayımladığı andan elanların platforma tərəfindən silinməsinə qədər olan müddətdə əldə edilən qanunsuz gəlirin 6 qatına bərabər məbləğdə cərimə tətbiq olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…