Operativ Məlumat Mərkəzi

Aİ ölkələri Əfqanıstanda səfirlik açacaq

2 dəq
Paylaş:
Aİ ölkələri Əfqanıstanda səfirlik açacaq

Bir sıra Avropa ölkələri Əfqanıstanda səfirliklərini yenidən açmağı nəzərdən keçirir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, rəsmiləri qadın və uşaq hüquqlarını qorumaq üçün Əfqanıstanda nümayəndəliklərin açılmasının zəruriliyini bildiriblər.

Məlumata görə, xüsusən də İtaliya Əfqanıstandakı səfirliyini yenidən açmağı düşünür. İtaliyanın naziri Antonio Tayaninin sözlərinə görə, ölkənin Qətərdəki səfiri bu yaxınlarda Kabilə səfər edib: “Biz bunun üzərində işləyirik. Problemi həll etmək çox vaxt aparacaq”.

İspaniya hökuməti də tez bir zamanda Kabildə açmağı planlaşdırır. İspaniyanın xarici işlər naziri Xose Manuel Albares məsələsi barədə müəyyən şərtlərin yerinə yetirilməsindən sonra yeni səfir təyin edəcəklərini deyib.

Fransa, Britaniya və Almaniya rəsmiləri isə yaxın vaxtlarda Kabildə nümayəndəliklər açmağı planlaşdırmadıqlarını bildiriblər.

Qeyd edək ki, bəzi Avropa ölkələri Taliban hakimiyyətə gəldikdən sonra öz səfirliklərini bağlamışdı.

Hazırda isə Əfqanıstanda yalnız Avropa İttifaqının nümayəndəliyi fəaliyyət göstərir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax