Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Herçinski ilə bağlı yaranan gərginlik fonunda diplomatik məsləhətləşmələr aparılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfir Herçinski əvvəllər mətbuata verdiyi açıqlamalara görə XİN-ə çağırılıb.
Aİ səfiri Gürcüstan XİN-ə çağırıldı
Qeyd olunub ki, o, çıxışında Avropa İttifaqının “gürcü xalqının zorakılığa, vətəndaş müharibəsinə, yoxsulluğa, korrupsiyaya və qaranlıq dövrlərə qayıtmasının qarşısını almalı olduğunu” bildirib.
Məlumata görə, Gürcüstan hakimiyyəti bu bəyanatı ölkə əhalisinə yönəlmiş potensial təhdid kimi qiymətləndirib.
Bildirilib ki, Aİ səfiri bu məsələyə dair Baş nazirin müavini və xarici işlər naziri Maka Boçorişvili ilə görüş keçirib.
Qeyd edilib ki, səfir Xarici İşlər Nazirliyinə daxil olarkən mətbuata açıqlama verməyib.
Məlumata əsasən, Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər 2024-cü ilin mayında qəbul edilən “Xarici Təsirlərin Şəffaflığı haqqında Qanun”dan sonra gərginləşib.
Bildirilib ki, Aİ bu qanunun geri götürülməsini tələb etsə də, Gürcüstan hakimiyyəti sənədin qeyri-hökumət təşkilatlarının maliyyə şəffaflığını təmin etdiyini bildirir.
Qeyd olunub ki, 2024-cü ilin oktyabrında keçirilən parlament seçkilərində “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası qalib gəlib və 150 yerdən 89-nu əldə edib.
Məlumata görə, 2024-cü ilin noyabrında hakim partiya Aİ-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırmaq və Aİ-dən büdcə qrantlarından imtina etmək qərarı verib.