Operativ Məlumat Mərkəzi

ADY: Bayramda ölkə daxilində 15 mindən çox sərnişin daşınıb

2 dəq
Paylaş:
ADY: Bayramda ölkə daxilində 15 mindən çox sərnişin daşınıb

Novruz ilə əlaqədar əhalinin təhlükəsiz və rahat şəkildə bölgələrə səyahətinin təmin edilməsi məqsədilə “ Dəmir Yolları” QSC (ADY) 19-26 mart tarixlərində gücləndirilmiş iş rejimində göstərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, artan sərnişin tələbatı nəzərə alınaraq bayram günlərinə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə 25 reys təyin olunub və müvafiq marşrut üzrə 12 599 sərnişin mənzil başına təhlükəsiz və vaxtında çatdırılıb. Həmçinin Bakı-Qəbələ-Bakı marşrutu üzrə də gündəlik qrafik üzrə hərəkətdə olub və 2806 sərnişinə xidmət göstərilib.

Ümumilikdə bayram günlərində regionlara əlavə 37 reys xəttə təyin edilib və 15 405 sərnişin səfər edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 61 % çoxdur.

Bayram günlərində dairəvi dəmir yolu xətti üzrə qatarlar qeyri-iş günlərinin qrafikinə əsasən fəaliyyət göstərib və ümumilikdə 84 311 sərnişin daşınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax