ADY: Bayramda ölkə daxilində 15 mindən çox sərnişin daşınıb

ADY: Bayramda ölkə daxilində 15 mindən çox sərnişin daşınıb
27.03.2024 15:18
Aa
dəq

Novruz bayramı ilə əlaqədar əhalinin təhlükəsiz və rahat şəkildə bölgələrə səyahətinin təmin edilməsi məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 19-26 mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, artan sərnişin tələbatı nəzərə alınaraq bayram günlərinə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə 25 reys təyin olunub və müvafiq marşrut üzrə 12 599 sərnişin mənzil başına təhlükəsiz və vaxtında çatdırılıb. Həmçinin Bakı-Qəbələ-Bakı marşrutu üzrə də qatarlar gündəlik qrafik üzrə hərəkətdə olub və 2806 sərnişinə xidmət göstərilib.

Ümumilikdə bayram günlərində regionlara əlavə 37 reys xəttə təyin edilib və 15 405 sərnişin səfər edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 61 % çoxdur.

Bayram günlərində Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar qeyri-iş günlərinin qrafikinə əsasən fəaliyyət göstərib və ümumilikdə 84 311 sərnişin daşınıb.

Həftənin ən çox oxunanları

AZAL-da yeni təyinat olub

AZAL-da yeni təyinat olub
DAVAMIN OXU davamın oxu

Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb

Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
DAVAMIN OXU davamın oxu

Bakının bir sıra yollarında tıxac müşahidə olunur

Bakının bir sıra yollarında tıxac müşahidə olunur
DAVAMIN OXU davamın oxu

Bakıda tıxacın aradan qaldırılması məqsədilə 7 layihə icra olunacaq

Bakıda tıxacın aradan qaldırılması məqsədilə 7 layihə icra olunacaq
DAVAMIN OXU davamın oxu

Zığ dairəsi-Hava Limanı yolunda endirililən sürət həddi bərpa edilib - YENİLƏNİB

Zığ dairəsi-Hava Limanı yolunda endirililən sürət həddi bərpa edilib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu