Əsas məzmuna keç

Bakı-Ağdam qatar reysləri artırıldı

Bakı-Ağdam qatar reysləri artırıldı

ADY Novruz bayramı günlərində sərnişin tələbatını nəzərə alaraq martın 21-dən 28-dək səfər sayını artırdı. Biletlərin onlayn satışı və gediş vaxtları barədə məlumat:

en ru

" Dəmir Yolları" QSC (ADY) qarşıdan gələn Novruz münasibətilə Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

Bu barədə səhmdar cəmiyyətindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumatda bildirilir.

Təyin olunmuş qrafikə əsasən, sərnişinlər 21, 23, 25 və 28 mart tarixlərində bu marşrut üzrə hər iki istiqamətə səfər edə biləcəklər.

Qatarların hərəkət vaxtı aşağıdakı kimi tənzimlənib: Bakıdan Ağdama saat 07:10-da, Ağdamdan Bakıya isə saat 18:10-da yola düşəcək.

ADY sərnişinlərə bayram səfərlərinə indidən hazırlaşmağı tövsiyə edir. Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək mümkündür.

Təqvim

  1. Zəfər Günü 8 noyabr · 23 gün qalıb
  2. Dövlət Bayrağı Günü 9 noyabr · 24 gün qalıb
  3. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 76 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…