Operativ Məlumat Mərkəzi

ABŞ və İran bu gün nüvə danışıqları aparacaq

1 dəq
Paylaş:
ABŞ və İran bu gün nüvə danışıqları aparacaq

İranın naziri Araqçi səfər edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

İranın xarici işlər naziri Abbas Araqçi ABŞ Prezidentinin xüsusi nümayəndəsi Uitkoffun rəhbərlik etdiyi ABŞ ilə bu gün keçiriləcək danışıqları çərçivəsində Omanın paytaxtı Maskata səfər edib.

Qeyd edək ki, Stiv Uitkoff da hazırda Maskatdadır.

Hər iki tərəfin Omanın xarici işlər naziri ilə ayrı-ayrılıqda görüşlər keçirməsi gözlənilir.

Danışıqların yaxın bir neçə saat ərzində Omanın xarici işlər nazirinin vasitəçiliyi ilə başlanacağı bildirilir.

Bu Trampın 2018-ci ildə nüvə sazişindən çıxmasından sonra Tehran və Vaşinqton arasında ən yüksək səviyyəli danışıqlardır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax