Operativ Məlumat Mərkəzi

ABŞ Tayvana raket satışına icazə verib

1 dəq
Paylaş:
ABŞ Tayvana raket satışına icazə verib

Tayvana "ALTIUS 600M-V" pilotsuz uçuş aparatlarının satışını təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Müdafiə Təhlükəsizliyi Agentliyinin saytında məlumat verilib.

Departament bu addımın bölgədə siyasi sabitliyə, tarazlığa və iqtisadi tərəqqiyə dəstək verəcəyini bildirib.

Təsdiqlənmiş əməliyyatların Amerika Birləşmiş Ştatlarının qanunlarına və siyasətinə uyğun olduğu və ABŞ-nin milli maraqlarına, iqtisadiyyatına və təhlükəsizliyinə xidmət edəcəyi qeyd edilib. Qərarın Konqres tərəfindən təsdiqlənməsi gözlənilir.

Çin prezidenti Si Cinpin isə ABŞ prezidenti Co Baydenə Tayvan məsələsi ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, may ayında Çin üç ABŞ şirkətini Tayvana silah satmaqda etibarsız elan edib. Həmin şirkətlərin idxal və ixrac fəaliyyəti həyata keçirmək və Çinə investisiya qoymaq qadağası tətbiq edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax