Əsas məzmuna keç

ABŞ Tayvana raket satışına icazə verib

ABŞ Tayvana raket satışına icazə verib

Birləşmiş Ştatlar Tayvana "ALTIUS 600M-V" pilotsuz uçuş aparatlarının satışını təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin saytında məlumat verilib.

Departament bu addımın bölgədə siyasi sabitliyə, hərbi tarazlığa və iqtisadi tərəqqiyə dəstək verəcəyini bildirib.

Təsdiqlənmiş əməliyyatların Amerika Birləşmiş Ştatlarının qanunlarına və siyasətinə uyğun olduğu və ABŞ-nin milli maraqlarına, iqtisadiyyatına və təhlükəsizliyinə xidmət edəcəyi qeyd edilib. Qərarın Konqres tərəfindən təsdiqlənməsi gözlənilir.

prezidenti Si Cinpin isə ABŞ prezidenti Co Baydenə Tayvan məsələsi ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, may ayında Çin üç ABŞ şirkətini Tayvana silah satmaqda etibarsız elan edib. Həmin şirkətlərin idxal və ixrac fəaliyyəti həyata keçirmək və Çinə investisiya qoymaq qadağası tətbiq edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…