Operativ Məlumat Mərkəzi

ABŞ qəza vəziyyətinə görə 171 ədəd “Boeing” təyyarəsinin istismarını dayandırıb

2 dəq
Paylaş:
ABŞ qəza vəziyyətinə görə 171 ədəd “Boeing” təyyarəsinin istismarını dayandırıb

-ın Aviasiya İdarəsi “Alaska Airlines” təyyarəsinin səmada ikən gövdəsindən bir parçanın qopmasından sonra bəzi “ 737 MAX 9” təyyarələrinin istismarının dayandırılmasına verib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə idarənin açıqlamasında bildirilir.

Bundan əvvəl Kaliforniya ştatının Ontario şəhərinə uçan Alyaska Hava Yollarına məxsus təyyarə təzyiqin azalması səbəbindən yola düşdükdən qısa müddət sonra Oreqon ştatının Portlend hava limanında təcili eniş edib. Bildirilir ki, bu zaman təyyarənin gövdəsinin bir hissəsi və pəncərəsi ayrılıb.

"Federal Aviasiya İdarəsi bəzi “Boeing 737 MAX 9” təyyarələrinin uçuşa qayıtmazdan əvvəl onların dərhal yoxlanılmasını tələb edir. Biz Milli Təhlükəsizliyi Şurasına Alyaska Hava Yollarının 1282 saylı uçuşunu araşdırmasında köməklik göstərdiyimiz müddətdə təhlükəsizliyə əsaslanan qərarlar qəbul etməyə davam edəcəyik", - Federal Aviasiya İdarəsinin inzibatçısı Maykl Uitaker bildirib.

Bu qərar təxminən 171 təyyarəni əhatə edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax