Operativ Məlumat Mərkəzi

ABŞ məhkəmələrinin elektron sistemi haker hücumuna məruz qalıb

1 dəq
Paylaş:
ABŞ məhkəmələrinin elektron sistemi haker hücumuna məruz qalıb

Naməlum hakerlər məhkəmələrinin qeydiyyat sisteminə edərək, cinayət işləri və onların iştirakçıları haqqında məlumatların bir hissəsini oğurlayıblar.

"Operativ Məlumat Mərkəzi-OMM"-in verdiyi məlumata görə, bu barədə “Politico” qəzeti ABŞ məhkəmə sistemindəki mənbələrə istinadən yazır.

Kiberhücum nəticəsində şahidlərin və informatorların şəxsi məlumatlarının keçirilməsi ehtimal olunur. ABŞ Ədliyyə Nazirliyi federal məhkəmələrlə birlikdə bu hücumun nəticələrinin miqyasını müəyyən etməyə çalışır.

Sındırılmış elektron sistem iki komponentdən ibarətdir: proses iştirakçılarının baxılan işlərə aid rəqəmsallaşdırılmış sənədləri yükləmək üçün istifadə etdikləri platforma və bu məlumatlara məhdud giriş platforması. Sistemdə şahidlər və təqsirləndirilən şəxslər haqqında məlumatlarla yanaşı, həbs və axtarış orderləri haqqında məlumatlar da var.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax