Operativ Məlumat Mərkəzi

ABŞ-ın Suriyadakı bazasına bir neçə raket atılıb

2 dəq
Paylaş:
ABŞ-ın Suriyadakı bazasına bir neçə raket atılıb

ABŞ-ın Suriyanın şimal-şərqindəki bazası hücumuna qalıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə “The Hill” ABŞ Mərkəzi Komandanlığının nümayəndəsi mayor Con Mura istinadən xəbər verib.

O qeyd edib ki, Əl-Ömər yatağının ərazisində bazanın atəşə tutulması nəticəsində xəsarət alan olmayıb.

Xatırladaq ki, daha əvvəl ABŞ silahlı qüvvələri İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) Suriyadakı obyektlərinə bir sıra hava zərbələri endirib.

ABŞ Müdafiə Nazirliyinin xidmətinin məlumatına görə, martın 23-də Birləşmiş Ştatların rəhbərlik etdiyi antiterror koalisiyasının Suriyanın şimal-şərqindəki bazasına pilotsuz uçuş aparatının hücumu nəticəsində “bir amerikalı müqaviləli hərbçi ölüb, beş hərbi qulluqçu və bir amerikalı müqaviləli hərbçi yaralanıb”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax