Operativ Məlumat Mərkəzi

ABŞ-də silahlı hücum - 3 polis əməkdaşı öldü

1 dəq
Paylaş:
ABŞ-də silahlı hücum - 3 polis əməkdaşı öldü

ABŞ-nin ştatında baş verən silahlı hücum nəticəsində 3 əməkdaşı həyatını itirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Pensilvaniyanın York bölgəsində baş verən hücumda 3 polis ölüb, 2 polis isə yaralanıb.

Rəsmilərin məlumata görə, hadisə, davam edən bir istintaq çərçivəsində kənd ərazisinə gedən polislərə atəş açılması nəticəsində baş verib.

Hücum edən şəxs polis tərəfindən güllələnərək zərərsizləşdirilib. Yaralı 2 polis əməkdaşının yaxınlıqdakı xəstəxanada müalicə aldığı və vəziyyətlərinin kritik olduğu bildirilib.

FBI (Federal Təhqiqat Bürosu) əməkdaşlarının da hadisə yerində yerli hüquq-mühafizə orqanlarına dəstək verdiyi açıqlanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax