Tərcümeyi-hal
Zaur Bayramov 2024-cü ilin martından Azerconnect Group-da Biznesin İnkişafı üzrə Baş Müdirdir. Şirkətə 2021-ci ilin əvvəlində Satış üzrə Baş Müdir kimi gəlib.
Satış sahəsində 20 ildən artıq təcrübəsi var, bunun 15 ildən çoxu telekommunikasiya sektorunda keçib. Korporativ satış, B2B məhsulların idarə olunması və müştəri xidmətləri üzrə rəhbər vəzifələrdə işləyib; “Bakcell” şirkətində Satış idarəsinin direktoru vəzifəsinə qədər yüksəlib.
Təhsil
- 2001 — Azərbaycan Dövlət İqtisad Universiteti, mühasibat uçotu və audit, bakalavr
- 2003 — Azərbaycan Dövlət İqtisad Universiteti, magistr
- 2010–2012 — telekommunikasiya üzrə Mini-MBA təlimləri; IESE və INSEAD-də liderlik və satışın idarə edilməsi təlimləri