Operativ Məlumat Mərkəzi

"Zirə" 3 xalı 3 qolla qazandı

1 dəq
Paylaş:
"Zirə" 3 xalı 3 qolla qazandı
günün ilk oyunu “Dalğa Arena”da keçirilib. “Araz-Naxçıvan” onu cəmi 1 xal qabaqlayan “Zirə”ni qəbul edib. Qəsəbə komandası səfərdən qalibiyyətlə dönməyə...

Azərbaycan Premyer Liqasında XXIV tur davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, günün ilk oyunu “Dalğa Arena”da keçirilib.

“Araz-Naxçıvan” onu cəmi 1 xal qabaqlayan “Zirə”ni qəbul edib. Qəsəbə komandası səfərdən qalibiyyətlə dönməyə müvəffəq olub. Naxçıvan təmsilçisinin braziliyalı yarımmüdafiəçisi Vanderson Melo əvvəlcə 20-ci dəqiqədə avtoqol müəllifi olub. 74-cü dəqiqədə Rəhim Sadıxov ev sahiblərini ikinci dəfə mərkəzə dəvət edib. Cəmi 3 dəqiqə sonra bu dəfə Rafael Utziq adını tabloya yazdırıb.

Nəticədə “Zirə” rəqibini 3:0 hesabı ilə məğlub edib. Beləliklə, Rəşad Sadıqovun yetirmələri çempionatda 10 oyunluq qələbə həsrətinə son qoyublar. Bakılılar axırıncı dəfə ötən ilin noyabrında – 3 ay əvvəl 3 xal sevinci yaşamışdılar.

Bununla xallarının sayını 35-ə çatdıran “Zirə” turnir cədvəlinin dördüncü pilləsində qərarlaşır. “Araz-Naxçıvan” isə 31 xalla səkkizincidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər