Xətai rayonunun Y.Səfərov küçəsində yerləşən parkda məişət tullantıları üçün nəzərdə tutulan 21 qutunun qapaqlarının oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Müşfiq İsgəndərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.