Əsas məzmuna keç

Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb

Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb

Bu gün Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində şəxs İlham Həsənov ifadəsində Şuşanın silahlı qüvvələri tərəfindən işğal olunmasından danışıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, qardaşı Rövşən Həsənovun 1992-ci il mayın 7-dən 8-nə keçən gecə Şuşada itkin düşdüyünü deyib. Bildirib ki, Şuşada şəhərin N.Nərimanov küçəsində yerləşən ikiotaqlı mənzili və mənzilində olan mebel əşyaları qalıb.

“Həmin vaxt bombalar Şuşaya kimi yağırdı”, - deyə o, Şuşanın işğalından danışarkən əlavə edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi aprelin 25-də davam etdiriləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…