Əsas məzmuna keç

Zərdabda sanitariya-gigiyena qaydalarını pozan şəxslər cərimələnib

Zərdabda sanitariya-gigiyena qaydalarını pozan şəxslər cərimələnib

Zərdabda sanitariya-gigiyena qaydalarını pozan şəxslər barəsində tədbir görülüb. Bu barədə  "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin...

Zərdabda sanitariya-gigiyena qaydalarını pozan şəxslər barəsində tədbir görülüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Rayon Şöbəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı bir neçə ünvanda tullantılarının qalaqlanması faktı aşkar olunub.

Yaranmış antisanitar vəziyyət polisin müşayiəti ilə əraziyə cəlb olunan aidiyyəti dövlət orqanları tərəfindən aradan qaldırılıb. Antisanitar hallara yol verən şəxslər barəsində müvafiq tədbirlər görülüb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…