Türkiyədə baş verən zəlzələ zamanı ailəsindən ayrı düşən 1808 uşaq valideynlərinə təhvil verilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, dağıntılar altından çıxarılan 1914 uşaqdan 1808-nin ailələrinə təhvil verilib.
Açıqlamada 71 uşağın müəssisə qayğısına götürüldüyü, onlardan 16-nın hələ də şəxsiyyətinin müəyyən edilmədiyi, 26 uşağın müalicə prosesinin xəstəxanalarda davam etdiyi bildirilib.