Operativ Məlumat Mərkəzi

Ermənistanda 44 günlük müharibədən yayınan 11 minə yaxın şəxsə qarşı cinayət işi açılıb

2 dəq
Paylaş:
Ermənistanda 44 günlük müharibədən yayınan 11 minə yaxın şəxsə qarşı cinayət işi açılıb
bu barədə Ermənistan Baş Prokurorluğundan “Sputnik Armenia”nın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, söhbət 44 günlük müharibə və ölkədə...

Ermənistanda 756 nəfərə qarşı fərarilik etmələri barədə ittiham irəli sürülüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğundan “Sputnik Armenia”nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, söhbət 44 günlük müharibə və ölkədə hərbi vəziyyət elan olunan zaman hərbi hissəni icazəsiz tərk etmə, fərarilik və xidmətdən imtina maddələri ilə ittiham olunan şəxslərdən gedir.

Məlumatda deyilir ki, ümumilikdə 10 687 nəfərə qarşı 1 786 cinayət işi açılıb, 143 şəxs barədə 118 iş məhkəməyə göndərilib. Onlardan 64-ü artıq məhkum edilib, qalanları ilə bağlı məhkəmə prosesləri davam edir.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Qarabağda 44 günlük müharibə zamanı 11 min nəfərin fərarilik etdiyini bildirmişdi.

Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının rəhbəri Andranik Koçaryan da Akopyanın bəyanatında səsləndirdiyi rəqəmləri bir qədər də kiçildilmiş adlandırıb.

Koçaryan həmçinin əlavə edib ki, Akopyanın bu rəqəmi haradan aldığını deyə bilməyəcək, lakin bildirib ki, problem böyükdür, hələ də mövcuddur və etiraf edib ki, orduya səfərbər olunanlar çox vaxt əvvəlcədən hazırlıq keçmədən döyüş bölgəsinə göndərilib və bu da kütləvi təşvişə səbəb olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər