Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Zelenski Kaya Kallası “Şahzadə Olqa” ordeni ilə təltif etdi

1 dəq
Paylaş:
Zelenski Kaya Kallası “Şahzadə Olqa” ordeni ilə təltif etdi

Volodimir Zelenski Kaya Kallasa Ukraynanın dövlət mükafatı olan "Şahzadə Olqa" ordenini təqdim edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Aİ-nin Xarici İşlər və Siyasəti üzrə Ali Nümayəndəsi bu barədə səhifəsində məlumat verib.

O, mükafata görə Zelenskiyə təşəkkür edib və Ukraynanı dəstəkləmək üçün çalışmağa davam edəcəyinə əminliyini ifadə edib.

Kallas yazıb: " təcavüzkar müharibəsinə başladığı gündən bəri hər gün haqqında düşünürəm... Ölkənizin müdafiəsini dəstəkləmək üçün əlimdən gələni edəcəyəm".

"Şahzadə Olqa" Ukraynada dövlət mükafatıdır və qadınları hökumət, sənaye, vətəndaş cəmiyyəti, elm, təhsil, mədəniyyət, xeyriyyəçilik və ictimai xidmətin digər sahələrində, eləcə də ailədə uşaq böyütməkdə görkəmli nailiyyətlərinə görə təltif edilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax