Əsas məzmuna keç

İndoneziyada güclü zəlzələ: 53 nəfər həlak olub

İndoneziyada güclü zəlzələ: 53 nəfər həlak olub

İndoneziyanın Şərqi Nusa-Tengqara əyalətində baş verən dağıdıcı zəlzələ nəticəsində onlarla insan dünyasını dəyişib, minlərlə sakin evlərini tərk etmək məcburiyyətində qalıb.

en ru

İndoneziyanın şərqində baş verən nəticəsində azı 53 nəfər həyatını itirib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Şərqi Nusa-Tengqara əyalətində şənbə günü baş verən zəlzələ torpaq sürüşmələrinə, yolların bağlanmasına və çoxsaylı yaşayış evləri ilə ictimai infrastrukturun dağılmasına səbəb olub.

Yerli hakimiyyət orqanları və xilasedicilər dağıntılar altında qalan şəxslərin axtarışını davam etdirirlər. Lakin bölgədə baş verən çoxsaylı afterşoklar xilasetmə işlərini çətinləşdirir.

İndoneziyanın geofizika agentliyinin məlumatına görə, bazar ertəsinə qədər bölgədə 1600-ə yaxın qeydə alınıb. Bazar ertəsi səhər saatlarında isə Nagekeo bölgəsində 5,6 bal gücündə yeni zəlzələ baş verib.

Maumere şəhərinin idarəsinin rəhbəri Fathur Rəhman itkin düşən şəxslərin axtarışı üçün hava monitorinqindən istifadə edildiyini bildirib.

Bölgəyə 3500-dən çox hərbi və əməkdaşı cəlb olunub. Zəlzələ nəticəsində 1300-dən çox ev, həmçinin təhsil və səhiyyə müəssisələri, eləcə də onlarla dövlət binası zərər görüb.

Təbii fəlakətdən zərər çəkən minlərlə sakin afterşoklar səbəbindən evlərinə qayıtmaqdan çəkinir. Bir çox insan gecələri çadırlarda və müvəqqəti sığınacaqlarda keçirir.

Yerli hökumət avqustun 28-dək davam edəcək 14 günlük fövqəladə vəziyyət rejimi elan edib. Qeyd edək ki, bu zəlzələ 2022-ci ildə Qərbi Yavada yüzlərlə insanın ölümü ilə nəticələnən zəlzələdən sonra İndoneziyada baş verən ən ölümcül kimi qiymətləndirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…