Əsas məzmuna keç

Zelenski və Bayden arasında telefon danışığı olub

Zelenski və Bayden arasında telefon danışığı olub

telefon danışığı zamanı liderlər ukraynalı pilotların F-16 qırıcılarını idarə etmələri üçün təlimə başlamağı və digər ölkələrə F-16-larının təlim başa...

Prezidenti Volodimir Zelenski amerikalı Co Bayden ilə aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, telefon danışığı zamanı ukraynalı pilotların F-16 qırıcılarını idarə etmələri üçün təlimə başlamağı və digər ölkələrə F-16-larının təlim başa çatdıqdan sonra Kiyevə təhvil verilməsi üçün sürətli icazənin verilməsini müzakirə ediblər.

" Bayden ABŞ-nin Ukraynanın Rusiya təcavüzündən müdafiəsini lazım olduğu müddətcə dəstəkləmək və Rusiyanı öz hərəkətlərinə görə cavabdehlikdə saxlamaq öhdəliyini bir daha təsdiqləyib", - açıqlamda deyilir.

Zelenski qeyd edib ki, Birləşmiş Ştatlar Ukraynaya qlobal dəstəyin möhkəmləndirilməsində liderlik edib.

“Biz birlikdə sübut edirik ki, azadlıq və müstəqillik uğrunda mübarizə aparmağa dəyər. Mən buna görə prezident Baydenə, ABŞ Konqresinə və bütün amerikalılara təşəkkür edirəm. Ümumi dəyərlərimizi qoruyacaq Ukraynaya arxalana bilərsiniz”, - o, "Telegram"da yazıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…