Əsas məzmuna keç

Melaniya Trampın Rusiya-Ukrayna münaqişəsindəki humanitar rolu açıqlanıb

Melaniya Trampın Rusiya-Ukrayna münaqişəsindəki humanitar rolu açıqlanıb

ABŞ-ın keçmiş birinci xanımı Melaniya Trampın Rusiya və Ukrayna uşaqlarının ailələrinə qovuşmasında vasitəçilik etdiyi bildirilir.

en ru

Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev ABŞ-nin birinci Melaniya Trampın humanitar fəaliyyəti ilə bağlı paylaşım edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Dmitriyev "X" sosial şəbəkəsindəki hesabında Melaniya Trampın Rusiya və uşaqlarının ailələri ilə yenidən bir araya gəlməsi prosesində mühüm rol oynadığını bildirib.

Onun sözlərinə görə, Melaniya Trampın dəstəyi ilə indiyədək 33 uşaq ailəsinə qovuşub və bu istiqamətdə işlərin davam etdirilməsi planlaşdırılır.

Dmitriyev keçmiş birinci xanımın fəaliyyətini qlobal humanitar və sülhməramlı təşəbbüslərin tərkib hissəsi kimi qiymətləndirib.

Ağ Evin yaydığı məlumata görə, Melaniya Tramp siyasi fikir ayrılıqlarını bir kənara qoyaraq, Rusiya və Ukrayna uşaqlarının ailələrinə qaytarılması üzrə beşinci qrupun fəaliyyətinə dəstək verib.

Melaniya Tramp bildirib ki, uşaqların mənafeyi beynəlxalq gərginliklərdən üstün tutulmalı, diplomatiya, mərhəmət və ailə dəyərləri isə bu prosesdə əsas rol oynamalıdır.

Xatırladaq ki, aprelin 29-da Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Trampla zamanı Melaniya Trampı doğum günü münasibətilə təbrik edib və onun uşaqların ailələrinə qaytarılması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…