Ukrayna Prezidenti Volodimir Zelenski tərəfdaşlara xəbərdarlıq edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə ABŞ-nin “CBC” telekanalına müsahibəsində deyib.
Dövlət başçısı söyləyib ki, Rusiya mayın sonunda və ya iyunun sonunda əks-hücum əməliyyatlarına başlaya bilər: “Bu barədə tərəfdaşlarla müzakirələr gedir. Biz bütün məlumatları tərəfdaşlarımızla bölüşürük və deyirik ki, Rusiya əks-hücum əməliyyatlarına hazırlaşır”.
Ölkə lideri söyləyib ki, belə bir vəziyyətdə Ukraynanın tərəfdaşların köməyinə ehtiyacı var.
V.Zelenskinin sözlərinə görə, ölkənin şərqində vəziyyət iki-üç ay bundan əvvələ nisbətən daha yaxşıdır.