Operativ Məlumat Mərkəzi

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

2 dəq
Paylaş:
NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir
{"az":"İspaniyanın “El Pais” qəzeti bu barədə hökumətdəki mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, 2023-cü ilin aprelində Madrid “Dəniz gözətçisi”...","en":"","ru":""}

İspaniyanın Menorka adasında yerləşən Maon şəhərindəki hərbi-dəniz bazası Aralıq dənizində fəaliyyət göstərən NATO gəmiləri üçün üçüncü logistik məntəqəyə çevrilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İspaniyanın “El Pais” qəzeti bu barədə hökumətdəki mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, 2023-cü ilin aprelində Madrid “Dəniz gözətçisi” əməliyyatında iştirak edən müttəfiq gəmilərinin lövbər sala bilməsi üçün Maon limanındakı bazanı “daimi diplomatik icazəsi olan liman” kimi NATO-ya təklif edib. Belə ki, həmin baza NATO-nun maddi-texniki dəstək məntəqəsi üçün uyğun xüsusiyyətlərə malikdir.

Alyansın digər iki hərbi-dəniz bazası isə Əndəlüs və Murcia vilayətlərində yerləşir.

NATO-nun 2016-cı ildə başlayan ”Dəniz gözətçisi” əməliyyatının əsas məqsədi Aralıq dənizində hərəkət azadlığını təmin etmək və müxtəlif təhlükələrin qarşısını almaqdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər