Operativ Məlumat Mərkəzi

Zelenski Litvaya səfər edəcək

1 dəq
Paylaş:
Zelenski Litvaya səfər edəcək
o bu barədə "Telegram" kanalında məlumat verib. Ukrayna liderinin sözlərinə görə, Vilnüsdə o, Litva prezidenti Gitanas Nauseda, baş nazir İnqrida...

Ukrayna prezidenti Vladimir Zelenski bir sıra vəzifəli siyasətçilərlə görüşmək üçün Litvaya gedib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o bu barədə "Telegram" kanalında məlumat verib.

Ukrayna liderinin sözlərinə görə, Vilnüsdə o, Litva prezidenti Gitanas Nauseda, baş nazir İnqrida Simonyte və Seymin sədri Viktoriya Cmilyte-Nielsen, eləcə də digər siyasətçilər, jurnalistlər və Ukrayna ictimaiyyətinin nümayəndələri ilə görüşəcək.

Zelenski bildirib ki, görüşlərdə Ukraynanın Aİ və NATO-ya daxil olması, pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə sahəsində əməkdaşlıq və Avropa dəstəyinin daha çox koordinasiyası ilə bağlı məsələlər müzakirə olunacaq.

Ukrayna prezidenti qonşu Latviya və Estoniyaya səfər edəcəyini də açıqlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər