Əsas məzmuna keç

Zakir Həsənov Pekində keçirilən Syanşan Forumunda iştirak edir

Zakir Həsənov Pekində keçirilən Syanşan Forumunda iştirak edir

Müdafiə naziri Çində hərbi-texniki əməkdaşlığı müzakirə edir: Zakir Həsənov CASIC rəhbəri və admiral Dong Jun ilə hansı vacib qərarları qəbul etdi?

en ru

Azərbaycanın general-polkovnik 13-cü Pekin Syanşan Forumunda iştirak etmək üçün Çində işgüzar səfərdədir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Zakir Həsənov Çin Aerokosmik Elmi və Sənaye Korporasiyasının (CASIC - China Aerospace Science and Industry Corporation) istehsalat bazasında olub. Burada CASIC-in Baş direktoru cənab Çen Şaoyan ilə görüşən müdafiə təyinatlı müxtəlif sistemlərə baxış keçirib.

Səfər çərçivəsində Azərbaycanın müdafiə naziri Çinin milli müdafiə naziri admiral Dong Jun ilə görüşüb.

Görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, və sabitlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…