Əsas məzmuna keç

Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib

Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib

General-polkovnik Çində qlobal təhlükəsizlik çağırışlarını müzakirə edib. 100-dən çox ölkənin hərbi rəsmilərinin qatıldığı sammitdə hansı qərarlar veriləcək?

en ru

Azərbaycanın general-polkovnik "Stabillik naminə konsensus yaratmaq, idarəçiliyini birlikdə inkişaf etdirmək" şüarı ilə sentyabrın 16-da keçirilən 13-cü Pekin Syanşan Forumunun rəsmi açılış mərasimində iştirak edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məsələləri üzrə dialoq və əməkdaşlığın təqdim edildiyi Pekin Syanşan Forumu dövlətlər arasında etimad və qarşılıqlı anlaşmanı möhkəmləndirmək, regional və qlobal təhlükəsizlik problemlərinin sülh yolu ilə həlli üçün ən mühüm platformalardan hesab olunur.

Qeyd edək ki, 100-dən çox ölkənin müdafiə qurumlarının rəhbər şəxslərinin, beynəlxalq təşkilatların və analitik mərkəzlərin nümayəndələrinin, eləcə də yüksək rütbəli hərbçilərin, hərbi və təhlükəsizlik məsələləri üzrə nüfuzlu ekspertlərin iştirakı ilə keçirilən forum sentyabrın 17-dək davam edəcək.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…