Operativ Məlumat Mərkəzi

Zakir Həsənov Pekin Syanşan Forumunun açılış ziyafətində iştirak edib

1 dəq
Paylaş:
Zakir Həsənov Pekin Syanşan Forumunun açılış ziyafətində iştirak edib
Çin Xalq Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 10-cu Pekin Syanşan Forumunun...

Çin Xalq Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 10-cu Pekin Syanşan Forumunun açılış ziyafətində iştirak edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Ziyafət çərçivəsində general-polkovnik Z.Həsənov Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının sədr müavini general-polkovnik Can Yousia ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər