Əsas məzmuna keç

Müdafiə naziri Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Müdafiə naziri Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Müdafiə Nazirliyi tərəfindən yayılan məlumatda respublikanın müdafiə qüdrətinin artırılması istiqamətində əldə olunan nailiyyətlərə diqqət çəkilib.

en ru

28 May – Müstəqillik Günü münasibətilə Ordusunun şəxsi heyətinə ünvanlayıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, təbrikdə respublikanın müdafiə potensialının gücləndirilməsi, orduda həyata keçirilən genişmiqyaslı islahatlar, sosial infrastrukturun inkişafı və hərbi qulluqçuların xidmət şəraitinin yaxşılaşdırılması kimi məsələlər xüsusi vurğulanıb.

Məktubda qeyd olunub ki, keçirilən təlimlər və görülən işlər şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirib, həmçinin 44 günlük Vətən müharibəsində qazanılan Zəfərlə Azərbaycan Ordusunun tarixində yeni qəhrəmanlıq səhifələrinin açılmasına şərait yaradıb:

  • Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində əldə olunan parlaq qələbə və uğurlu döyüşlər, eləcə də antiterror əməliyyatı işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnib.
  • Bakıda keçirilən 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş təntənəli hərbi parad ölkənin müdafiə qüdrətinin artmasının bariz göstəricisidir.

Nazir bildirib ki, hazırda Azərbaycan Ordusunun bölmələri Vətənin keşiyində dayanmaqla yanaşı, Böyük Qayıdış proqramı çərçivəsində aparılan bərpa-quruculuq işlərinə də töhfə verirlər. Zakir Həsənov ordunun bundan sonra da Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə sadiq qalaraq, Ali Baş Komandanın tapşırıqlarını yüksək səviyyədə yerinə yetirəcəyinə əminliyini ifadə edib.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…