Əsas məzmuna keç

Zakir Həsənov beynəlxalq sərgidə iştirak etdi

Zakir Həsənov beynəlxalq sərgidə iştirak etdi

Ər-Riyadda keçirilən "World Defense Show"da ölkəmiz təmsil olunub. "Azərsilah"ın silahları, süni intellekt və Xalid bin Salmanla görüşün mühüm detalları xəbərdə.

en ru

Müdafiə Nazirliyinin rəhbər heyəti Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən "World Defense Show 2026" beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə nazirlikdən məlumat verilib.

Məlumata görə, sərgidə dünyanın aparıcı və tanınmış müdafiə şirkətləri iştirak edib. Azərbaycan tərəfi Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərsilah" Müdafiə Sənayesi Holdinqi QSC stendində, eləcə də Azərbaycandan olan digər özəl şirkətlərin məhsullarını təqdim edib.

Nazirliyin rəhbər heyəti sərgi çərçivəsində müasir silah və texnika nümunələri, aviasiya və uçuş vasitələri, eləcə də və sahələrindəki son yeniliklərlə tanış olub.

Səfər zamanı general-polkovnik Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman və bir sıra şirkət rəhbərləri ilə görüşlər keçirib. Görüşlərdə hərbi-texniki əməkdaşlıq, innovativ texnologiyaların tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, "World Defense Show" sərgisi müdafiə sənayesi üzrə mühüm beynəlxalq platforma sayılır, qabaqcıl şirkətləri bir araya gətirir və innovativ texnologiyaların təqdimatı, strateji əməkdaşlıq və işgüzar görüşlər üçün geniş imkanlar yaradır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…