Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Zaxarova: Rusiya Aİ-nin yeni sanksiyalarına sərt cavab verəcək

2 dəq
Paylaş:
Zaxarova: Rusiya Aİ-nin yeni sanksiyalarına sərt cavab verəcək

Rusiya Aİ-nin son sanksiya paketinə cavab olaraq “təsirli və sərt” atacağını açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova zamanı danışıb.

Diplomat bildirib ki, Moskva Qərbin tətbiq etdiyi birtərəfli məhdudiyyətləri qətiyyətlə rədd edir və onları qanunsuz hesab edir.

“Rusiya istənilən qanunsuz birtərəfli məcburi tədbirləri qətiyyətlə pisləyir. Aİ-nin son sanksiya paketinə təsirli və sərt tədbirlərlə cavab verəcəyik”, – deyə Zaxarova vurğulayıb.

Onun sözlərinə görə, Brüssel tərəfindən qəbul edilən sanksiyalar Rusiyanın suveren siyasətinə təsir göstərmək məqsədinə nail ola bilmir və bu siyasət getdikcə daha çox ölkə tərəfindən dəstəklənmir.

Zaxarova əlavə edib ki, Avropa İttifaqı daxilində qərarverici strukturlar artıq alternativ yanaşma tapmaqda çəkir və buna görə də sanksiyaların davamlı olaraq artırılmasına verirlər.

Rusiya XİN sözçüsü həmçinin iddia edib ki, Aİ-nin sanksiya siyasəti miqyasda narazılıq doğurur və bir sıra ölkələrdə Avropa rəsmilərinin yanaşması tənqid olunur.

Mariya Zaxarovanın sözlərinə görə, Moskva bu prosesə qarşı öz maraqlarını qorumaq üçün cavab tədbirlərini davam etdirəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax