Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Mariya Zaxarova: Paşinyanın partiyası səs itkisi ilə üzləşib

2 dəq
Paylaş:
Mariya Zaxarova: Paşinyanın partiyası səs itkisi ilə üzləşib

Ermənistanda seçkiləri müxalifətə qarşı “görünməmiş təzyiqlər” və Qərb ölkələrinin, xüsusilə də Avropa İttifaqının müdaxiləsi fonunda keçirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qurumun rəsmi saytında dərc olunan şərhində bildirib.

Onun sözlərinə görə, ilkin nəticələr Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının parlamentdə tam əldə etmədiyini göstərir.

Zaxarova qeyd edib ki, əvvəlki seçkilərlə müqayisədə hakim partiyanın dəstəyi azalıb və bu, ölkədə siyasi mənzərənin dəyişdiyini göstərir.

Rusiya XİN rəsmisi vurğulayıb ki, Moskva güclü və suveren Ermənistanda maraqlıdır.

Onun fikrincə, seçki nəticələri cəmiyyətində ciddi qütbləşmənin olduğunu ortaya qoyub və bütün sosial qrupların maraqları nəzərə alınmazsa, ölkədə bölünmənin dərinləşməsi riski yarana bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax