Mariya Zaxarova Estoniyanın xarici işlər naziri Marqus Tsahknanın Rusiyaya qarşı səsləndirdiyi bəyanatlara münasibət bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü jurnalistlərlə keçirdiyi brifinqdə bu cür açıqlamaların məsuliyyət tələb etdiyini vurğulayıb.
“Mən inanıram ki, belə insanlar sözlərinə görə məsuliyyət daşımalıdırlar”, – deyə Zaxarova bildirib.
Qeyd edək ki, Tsahkna daha əvvəl ölkə hakimiyyətinin NATO-nun nüvə silahlarının Estoniya ərazisində yerləşdirilməsinə razılıq verə biləcəyini bildirmişdi. O, bununla bağlı qadağanedici hər hansı doktrinanın olmadığını qeyd etmişdi.