Əsas məzmuna keç

Ərdoğan: Türkiyə Avropa müdafiə sisteminə daxil edilməlidir

Ərdoğan: Türkiyə Avropa müdafiə sisteminə daxil edilməlidir

Rəcəb Tayyib Ərdoğan Efiopiya səfəri sonrası Aİ-yə mühüm mesaj ünvanlayıb: Ankaranın qitənin yeni müdafiə arxitekturasından kənarda qalması nə dərəcədə realdır?

en ru

Avropanın Türkiyəni mövcud müdafiə və təhlükəsizlik mexanizmlərinə daxil etməsi zəruridir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Prezidenti Rəcəb Tayyib bildirib.

Ərdoğan Efiopiyadan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında qeyd edib ki, Türkiyə illərdir bütün platformalarda Avropa İttifaqına bir çox müsbət töhfələr verə biləcəyini bəyan edir.

“Türkiyənin Avropanın mövcud müdafiə və təhlükəsizlik mexanizmlərinə daxil edilməsinin vaxtı çoxdan çatıb. Dünya dəyişir və Avropa İttifaqı bu sürətli transformasiya dövründə nə qədər dar bir gündəmin əsiri qala bilər? Bu, ağlasığmazdır. Düzgün seçim Türkiyənin Avropaya inteqrasiyasına qarşı ideoloji maneələri aradan qaldırmaq və Avropanın potensialını gücləndirmək olardı”, – deyə Türkiyə lideri vurğulayıb.

Onun sözlərinə görə, Türkiyəni kənarda qoyan və qlobal reallıqları görməzdən gələnlər sonda mövqelərinin irrasional olduğunu etiraf etməlidirlər.

Ərdoğan hesab edir ki, Türkiyənin iştirakı olmadan Avropada yeni müdafiə arxitekturası yaratmaq cəhdləri yetərli olmayacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…