Əsas məzmuna keç

Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır - 25.11.2025

Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır - 25.11.2025

Ehtiyatdan müddətli hərbi xidmətə və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dövrdə həqiqi hərbi xidmət müddətinin 6 ay azaldılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclaslında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, dinc dövrdə həqiqi hərbi xidmətin müddəti ehtiyatdan həqiqi hərbi xidmətə çağırılanlar və ya könüllü daxil olan zabitlər üçün 1 il 6 ay, bağlaşma üzrə həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlər üçün 3 ilə qədərdir.

Layihəyə əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılanlar və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar üçün bu müddət 1 il (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr heyətinə keçirilirlər), bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bu müddət 3 ilədək (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə yeni bağlaşma bağlanılır) olacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…